Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Daxili siyasət
  • 18 oktyabr, 2025
  • 10:20
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.

"Report" xəbər verir ki, müraciətdə həftəsonu respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin nəzərəçarpacaq dərəcədə artığı bildirilib:

"Nəqliyyat axınının tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülsə də, təəssüf ki, bəzən sürücülərin tələskənliyi, diqqətsizliyi səbəbindən məhz bu günlərdə daha ağır yol-nəqliyyat hadisələri qeydə alınır. BDYPİ həftəsonu, xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onları nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, sürət rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yol və hava şəraitini nəzərdən qaçırmamağa çağırır".

Son xəbərlər

Bütün Xəbər Lenti