Bakıda top mərmisi tapılıb
Daxili siyasət
- 26 may, 2025
- 10:58
Bakı şəhəri Nəsimi rayonu Port Baku ərazisində aparılan tikinti işləri zamanı hərbi sursat aşkar edilib.
"Report" xəbər verir ki, bununla bağlı Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Qeyd edilib ki, ANAMA, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb edilərək, əraziyə baxış keçirib. Baxış zamanı təxminən 1930-40-cı illərdə istehsal olunan 1 ədəd 76 mm-lik, F-354 modeli olan yüksək partladıcılı qəlpəli top mərmisi aşkar edilib.
Aşkar edilən top mərmisi zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılaraq, partlayış yolu ilə məhv edilib.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə təmizləmə işləri aparılıb, hər hansı təhlükəli əşya aşkar edilməyib.
Son xəbərlər
03:15
İrandan Kiyevə mesaj: Hücumlar cavabsız qalmayacaq
Region02:39
Batman qəbiristanlığında AK Partinin üzvü güllələnib
Region02:10
Venesuelada hava limanına ildırım düşüb, doqquz nəfər xəsarət alıb
Digər ölkələr01:40
Arda Güler "Real Madrid"dən ayrıla bilər
Futbol01:11
CHP-nin son toplantısı ilə bağlı istintaq başladılıb
Region00:42
Bəqai: İranla ABŞ arasında mesaj mübadiləsi aparılır
Region00:09
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
Region00:01
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
Region23:45