Azərbaycanda seçicilərin sayı açıqlanıb
Daxili siyasət
- 26 may, 2025
- 16:38
Ölkə üzrə seçicilərin daimi siyahısı tərtib edilib.
"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda 2025-ci il üzrə daimi seçicilərin ümumi sayı 6 milyon 302 min 93 nəfər nəfərdir, onların da 28 min 390 nəfəri bu il səsvermə hüququ qazanıb.
MSK sədri bildirib ki, seçicilərin 2 milyon 997 min 700 nəfəri kişi, 3 milyon 304 min 393 nəfəri isə qadındır:
"Seçicilərdən 19-29 yaş arası olanlar 1 milyon 155 min 899 nəfər, 30-39 yaş arası 1 milyon 473 min 95 nəfər, ümumilikdə 5 milyona yaxın seçici isə 60 yaşa qədər olanlardır".
Son xəbərlər
15:09
Bloqer Hüseyn Həsənov 4 il qiyabi həbs cəzasına məhkum edilib
Region15:06
BDU-nun Astrofizika kafedrası: Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir
Elm və təhsil15:05
Foto
Kamran Əliyev Nəsimi rayonunda vətəndaş qəbulu keçirib
Daxili siyasət14:58
Fransa sahillərində miqrantların olduğu qayıq yanıb
Digər ölkələr14:54
Foto
"Tağıyev" kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
Mədəniyyət siyasəti14:47
Azərbaycanda pul bazası 13 %-ə yaxın artıb
Maliyyə14:46
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 23 % artıb
Maliyyə14:44
"İmişli" heyətini müdafiəçi Əkbər Eyubovla gücləndirib
Futbol14:38