Azərbaycanda 5 günlük bayram tətili başlayıb
Daxili siyasət
- 30 dekabr, 2021
- 20:00
Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 5 günlük tətil başlayıb.
"Report" xəbər verir ki, tətil günləri 2021-ci ilin dekabr ayının 31-i, 2022-ci ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edir.
Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramı günləridir.
Yanvar ayının 1 və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq iş və istirahət günlərinin yeri dəyişdirilərək yanvarın 3 və 4 tarixləri də qeyri-iş günü olacaq.
Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edəcək.
Son xəbərlər
10:06
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Hadisə10:05
Vyetnamda qəfil daşqın baş verib: 4 nəfər ölüb, daha 4 nəfər itkin düşüb
Digər ölkələr10:00
DÇ-2026: Üçüncü yerin sahibi bu gecə müəyyənləşəcək
Futbol10:00
Azərbaycandakı bankların aktivlərinin məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə09:48
Küveyt aeroportunun fəaliyyəti raket və PUA zərbələrindən sonra dayandırılıb
Digər ölkələr09:45
Foto
Azərbaycan Polşa ilə şəhərsalmada yeni əməkdaşlıq imkanlarını müzakirə edib
İnfrastruktur09:45
Ukrayna Moskva ətrafındakı Noqinskdə neft bazasına zərbələr endirib, 26 nəfər yaralanıb
Digər ölkələr09:26
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (18.07.2026)
Maliyyə09:16
Foto