Azərbaycan Prezidenti İlham Əliyev yeni sərəncam imzalayıb
Daxili siyasət
- 19 noyabr, 2014
- 15:12
Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, dövlət başçısı Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi məqsədilə qərara alıb ki, Qarabağ atı cinsinin inkişaf etdirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə isə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Son xəbərlər
00:17
DÇ-2026-nın finalının ilk hissəsində antirekord qeydə alınıb
Futbol00:05
Foto
Tom Kruz, Cennifer Hadson və Tramp: Dünya çempionatının rəngarəng bağlanış mərasimi
Futbol23:56
DÇ-2026-nın final oyununda ilk hissə bitib - YENİLƏNİR
Futbol23:45
Pentaqon iyulun 18-də İraqda ABŞ hərbçisinin həlak olduğunu açıqlayıb
Digər ölkələr23:40
İraqın Baş naziri Tehrana səfər edəcək
Region23:33
Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
Fərdi23:24
İspaniya və Argentina arasında final matçı 6 dəqiqə gec başlayıb
Futbol23:21
Foto
Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə Avropa üçüncüsü olub
Fərdi23:16