Azad olunan ərazilərin bərpası üçün 2020-ci ildən ayrılan ümumi vəsait 25 milyard manatı keçəcək
Daxili siyasət
- 09 dekabr, 2025
- 11:49
Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur.
"Report" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işləri görülür:
"Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı ildə daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb (2026 - 3,5 mlrd. manat).
Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilib ki, iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir. Bunları nəzərə almalıyıq".
Son xəbərlər
13:35
Azərbaycan Premyer Liqasında növbəti turun oyunlarının hakimləri açıqlanıb
Futbol13:33
Növbəti köç karvanı Şuşakənd kəndinə çatıb
Daxili siyasət13:28
IEA: Azərbaycan noyabrda "OPEC+" kvotasından gündəlik 90 min barel geri qalıb
Energetika13:27
Azərbaycan millisinin Avropa çempionatının 2025/2026 mövsümünün II raundundakı rəqibləri müəyyənləşib
Futbol13:27
Qazaxıstan və İran arasında hökumətlərarası sazişlər paketinin mübadiləsi baş tutub
Region13:25
Azərbaycanda pambıq yığımı ilə bağlı son vəziyyət açıqlanıb
ASK13:24
Azərbaycan ilə Rusiya sərhədkeçmə proseslərinin sürətləndirilməsini müzakirə edib
Biznes13:23
Naxçıvanda bank əmanətləri 57 %-dən çox artıb
Maliyyə13:22