Azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqlar yaradılır - SƏRƏNCAM
Daxili siyasət
- 01 aprel, 2021
- 14:25
Aprelin 1-də Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama əsasən işğaldan azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə Qubadlı, Kəlbəcər Hərbi Prokurorluğu və Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu yaradılır.
Nazirlər Kabinetinə yeni hərbi prokurorluqların, həmçinin Füzuli Hərbi Prokurorluğunun müvafiq olaraq Qubadlı, Kəlbəcər, Ağdam və Füzuli şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görülməsi tapşırılıb.
Son xəbərlər
20:45
Macarıstanda yeni konstitusiya hazırlanacaq, ümumxalq referendumu keçiriləcək
Digər ölkələr20:36
"Neftçi" Dünya Qadın Seriyasında yarımfinala yüksəlib
Komanda20:11
Ərdoğan ABŞ ilə İran arasında əldə olunan atəşkəsin bütün dünyaya təsir etdiyini bildirib
Region19:53
Foto
Naxçıvanda UFC döyüşçüsü Fərman Həsənovun ustad dərsi keçirilib
Fərdi19:34
Ş. Şərif: Münaqişələrin həlli üçün yeganə yol diplomatiyadır
Region19:19
Mali ordusu terrorçuların hücumlarından sonra vəziyyəti nəzarətə götürüb
Digər ölkələr19:01
Türkiyə və Qırğızıstan arasında birgə hərbi təlim keçirilib
Region18:45
"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq
Digər ölkələr18:36
Foto