"ASAN xidmət"in səlahiyyətləri artırılıb
Daxili siyasət
- 18 avqust, 2020
- 09:10
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə fərman imzalayıb.
“Report” xəbər verir ki, dəyişikliklə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni vəzifə həvalə edilir.
Belə ki, əsasnaməyə yeni əlavə edilən 3.1.11-1-ci yarımbənddə "ASAN xidmət"ə dövlət qurumları tərəfindən dövlət informasiya ehtiyatları və sistemlərinin “Hökumət buludu”nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görmək vəzifəsi tapşırılıb.
Son xəbərlər
01:27
Paşinyanın tərəfdarları Ermənistan parlamentində 64 mandat qazanıb
Region01:25
DÇ-2026: Niderland Yaponiya ilə matçda yenidən öndə - YENİLƏNİR-5
Futbol01:16
Dik Advokat: "Kurasao yığması dünya çempionatında öz sözünü deyəcək"
Futbol01:07
Pit Heqset: İranın nüvə yanacağı beynəlxalq nəzarət altında olacaq
Digər ölkələr00:40
İlham Əliyev: Əminəm ki, Azərbaycan - ABŞ dostluğunun dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik
Xarici siyasət00:30
Prezident: TRIPP-i regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük
Xarici siyasət00:22
İlham Əliyev: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırdı
Xarici siyasət00:05
Yulian Naqelsman: "Gördük ki, Kurasao yaxşı futbol oynaya bilir"
Futbol00:05