Aran bölgəsində anım tədbirləri keçirilib

Daxili siyasət
  • 27 sentyabr, 2025
  • 14:01
Aran bölgəsində anım tədbirləri keçirilib

Salyan rayonunda Anım Gününün beşinci ildönümü ilə əlaqədar ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə anım tədbirləri keçirilib.

"Report"un Aran bürosunun məlumatına görə, mərasim iştirakçıları "Şəhidlər" abidə kompleksini, Şəhidlər xiyabanını, Milli Qəhrəman Nazim Babayevin və Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi və Vətən Müharibəsi Qəhrəmanı Sübhan Rəhim oğlu Cəbrayılzadənin büstünü ziyarət ediblər.

Abidələrin önünə gül-çiçək dəstələri düzülüb və Vətən müharibəsində şəhid olan həmvətənlərimizin unudulmaz xatirələri ehtiramla yad edilərək ruhlarına dualar oxunub.

Saat 12:00 radələrində isə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım günü ilə bağlı Saatlı rayonunda "Vətən sənə can qurban" adlı ümumrayon tədbiri keçirilib.

Tədbir iştirakçıları tərəfindən rayonun Şəhidlər Abidə-Xatirə Kompleksi ziyarət olunub, abidə önünə gül-çiçək dəstələri düzülüb.

Anım gününün beşinci ildönümündə Şirvan şəhərində, Neftçala, Sabirabad və Hacıqabul rayonlarda da ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib, abidələrinə tər qərənfillər düzülüb.

Son xəbərlər

Bütün Xəbər Lenti