AQTA bal yarmarkasında yoxlama keçirib, uyğunsuzluqlar aşkarlanıb
Daxili siyasət
- 17 oktyabr, 2025
- 18:00
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Təhlükəsizliyi İnstitutu (AQTİ) Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında keçiriləcək yarmarkada satışa çıxarılacaq arıçılıq məhsullarının laborator müayinəsi həyata keçirib.
Bu barədə "Report"a AQTA-dan məlumat verilib.
Bildirilib ki, təhlükəsizlik və keyfiyyət göstəricilərinə nəzarət tədbirləri çərçivəsində 281 fermerə məxsus arıçılıq məhsullarından ümumilikdə 1417 bal nümunəsi götürülərək laboratoriyaya təqdim edilib.
Sınaq nəticələrinə əsasən 44 nümunədə uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluq aşkar edilmiş bal məhsullarının dövriyyədən çıxarılaraq utilizasiyası (təyinatının dəyişdirilməsi) və ya məhv edilməsi barədə sahibkarlara icrası məcburi göstərişlər verilib.
Son xəbərlər
21:36
Misir vizasının qiyməti artıb
Digər ölkələr21:32
Azərbaycan Kuboku: "Zirə" "Neftçi"ni mübarizədən kənarlaşdırıb
Futbol21:28
Tramp: ABŞ artıq maliyyə cəhətdən Rusiya-Ukrayna müharibəsində iştirak etmir
Digər ölkələr21:10
İsrail Suriya ilə müəyyən şərtlər daxilində razılaşmaya hazırdır
Digər ölkələr20:51
Husilər doqquz filippinli dənizçini azad edəcəklər
Digər ölkələr20:48
Putinin Uitkoff və Kuşnerlə görüşü başlayıb
Digər ölkələr20:34
NATO ölkələrinin XİN rəhbərləri Kiyevə HHM vasitələrinin verilməsini müzakirə edəcəklər
Digər ölkələr20:19
Uzun müddət sonra yaşıl meydanlara qayıdan "Real"ın futbolçusu yenidən zədələnib
Futbol20:16