Amnistiya aktı Probasiya Xidmətində icra edilir
- 22 dekabr, 2025
- 16:11
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktının icrası Ədliyyə Nazirliyinin Probasiya Xidmətində davam edir.
"Report" xəbər verir ki, Ədliyyə Nazirliyinin Probasiya xidmətində aidiyyəti dövlət qurumlarının, nazirlik yanında İctimai Şuranın və media nümayəndələrinin iştirakı ilə probasiya nəzarətində olan şəxslər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalardan azad olunurlar.
Qərarın sevincini yaşayan məhkumlar və ailə üzvləri dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər, bundan sonra qanunlara dönmədən əməl edəcəklərinə, cəmiyyətin inkişafına töhfə verəcəklərinə söz veriblər.
Hazırda Ədliyyə Nazirliyinin aidiyyəti struktur qurumları tam səfərbər olunmaqla, qanunvericiliyin tələblərinə uyğun və çevik şəkildə Amnistiya aktının icrasını təmin edirlər.