Ağalı sakini: Prezidentə, xalqımıza minnətdaram ki, bu gün bizə nəsib oldu
- 14 noyabr, 2025
- 06:40
Prezidentimiz İlham Əliyevə, xalqımıza minnətdaram ki, bu günü bizə nəsib etdi.
"Report" xəbər verir ki, bunu Zəngilan rayonunun Ağalı kəndinə qayıdan keçmiş məcburi köçkün Əli Zamanov deyib.
"Şükür bu günə ki, kəndimizə qayıdıram. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah dövlətimizi, xalqımızı qorusun ki, bu günü bizə bəxş etdilər. Sevincimin hədd-hüdudu yoxdur. Çünki yurduma, torpağıma qayıdıram.
Ağalıya həyat yoldaşımla qayıdıram. Dövlətimiz bizə kəndimizdə ev verib. Allaha çox şükür ki, bu günü yaşamağı qismət etdi", - o vurğulayıb.
Qeyd edək ki, bu gün Zəngilan rayonunun Ağalı kəndinə 41 ailə - 110 nəfər köçürülüb.
Ağalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.