Nigar Arpadarai: Gənclərin enerjisi, ideyaları iqlim dəyişmələri ilə mübarizədə zəruridir

COP29
  • 30 sentyabr, 2025
  • 11:39
Nigar Arpadarai: Gənclərin enerjisi, ideyaları iqlim dəyişmələri ilə mübarizədə zəruridir
Nigar Arpadarai

Gənclər iqlim fəaliyyəti üçün əsas qüvvədir.

"Report" xəbər verir ki, bunu COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən Gənclərin Rəhbərliyində İqlim Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gənclərin enerjisi, ideyaları iqlim dəyişmələri ilə mübarizədə zəruridir:

"Çünki iqlim dəyişikliyi passiv bir təhdid deyil, bizim bu günümüzdür. Heç bir yol xəritəsi, danışıqlar eləcə də qlobal öhdəlik gənclərin liderliyi və davamlılığı olmadan uğurlu olmayacaq. Gənclər həqiqətən də bizə yol göstərir. Dünyanın hər yerində gənclər startaplar qurur, icma dayanıqlığı layihələrinə rəhbərlik edir, iqlim yürüşləri təşkil edir, ədalət tələb edir".

N.Arpadarai bildirib ki, Azərbaycanda da gənclər daha yaşıl həllər hazırlayır, ekoloji çirklənmə ilə bağlı maarifləndirmə aparır, Xəzər sahillərindən dağ kəndlərinə qədər meşəsalma və təbiəti mühafizə işlərinə rəhbərlik edirlər:

"Onlar sübut edirlər ki, ambisiya təkcə sözlərdə deyil, həyatları, icmaları və sistemləri dəyişdirən əməllərdədir. Bu forum da gənclərin platformasıdır. Bu platforma innovasiya yaratmaq, əlaqə yaratmaq, dinləmək və danışmaq üçün gənclərin platformasıdır. Gənclər bu prosesin mərkəzində olmalıdır".

COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu vurğulayıb ki, Azərbaycan COP29-un sədrliyi olaraq həmişə gənclərin səsinin eşidilməsinə çalışacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti