Nərmin Carçalova: COP29-un yeni qlobal meyar müəyyənləşdirən Dayanıqlılıq Hesabatı dərc edilib

COP29
  • 30 sentyabr, 2025
  • 15:17
Nərmin Carçalova: COP29-un yeni qlobal meyar müəyyənləşdirən Dayanıqlılıq Hesabatı dərc edilib

COP29-un "yaşıl iqlim" konfransları üçün yeni qlobal meyar müəyyənləşdirən Dayanıqlılıq Hesabatı dərc edilib.

"Report" xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sözügedən hesabat COP29-un indiyə kimi təşkil edilmiş ən dayanıqlı qlobal iqlim konfranslarından birinə çevrilməsi üçün görülən ciddi tədbirləri ön plana çıxarır:

"Azərbaycanın COP29 Sədrliyi dövründə dayanıqlılıq prinsipləri planlaşdırmadan tutmuş icra və irsin davam etdirilməsinə qədər bütün mərhələlərə inteqrasiya olunub və gələcək ev sahibləri üçün yeni standartlar müəyyən edilib. Biz tədbir məkanlarının bərpa olunan enerji ilə işləməsindən tutmuş tullantıların poliqona yönləndirilməsinin qarşısının alınmasına və gələcək ev sahibləri üçün nümunəvi yol xəritəsinin yaradılmasına qədər bütün əməliyyatlar çərçivəsində sübut etdik ki, qlobal iqlim konfransları bəyan edilən vədləri həyata keçirmək iqtidarındadır".

N.Carçalova qeyd edib ki, bu irs təkcə Azərbaycana deyil, bütün beynəlxalq iqlim ictimaiyyətinə məxsusdur:

"Sənədləşdirilmiş nailiyyətləri və əldə olunan təcrübənin icmalını ehtiva edən COP29 Dayanıqlılıq Hesabatı COP29-un rəsmi saytında dərc olunub".

Son xəbərlər

Bütün Xəbər Lenti