Muxtar Babayev: COP29-da qəbul edilən qərarların icrası təmin olunmalıdır

COP29
  • 29 sentyabr, 2025
  • 16:26
Muxtar Babayev: COP29-da qəbul edilən qərarların icrası təmin olunmalıdır

Həm COP29-da, həm də digər COP-larda ölkələrin öz üzərlərinə götürdükləri öhdəliklərin icrasına nəzarət üçün monitorinq aparmağa ehtiyac var.

Bunu "Report"a açıqlamasında Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın COP29 komandası ilboyu fəaliyyət göstərib:

"Müxtəlif ölkələrdə COP30-a hazırlıq proqramı çərçivəsində tədbirlərimiz davam etdirilir. Biz öz liderliyimizi və COP29-un davamiyyətini təhvil verməliyik.

COP29-da bir çox qərarlar qəbul edilib. Onların icrasına nəzarət hələ bizdədir. Bütün ölkələrdən həm COP29-da, həm də digər COP-larda qəbul edilən qərarların icrasının təmin olunmasını tələb etməyə çalışırıq. Bununla bağlı ciddi problemlər var. Müəyyən ölkələr öz üzərlərinə öhdəlik götürsələr də, amma onları icra etmirlər. Götürülən öhdəliklərin icrası üçün monitorinq keçirilməlidir".

M.Babayev əlavə edib ki, növbəti iqlim həftələri digər ölkələrdə təşkil olunacaq. Eyni zamanda, Azərbaycan COP-da sədrliyi təhvil verənədək bu çərçivədə fəaliyyətini davam etdirəcək:

"Braziliyada Pre-COP konfransı baş tutacaq, Kanada ilə Çin buna hazırlıq çərçivəsində Belen şəhərində tədbir keçirəcək və Azərbaycan COP29 komandası ilə orada təmsil olunacaq. Noyabrda Braziliyada COP30 başlayacaq, liderlərin sammiti isə ayın 10-da baş tutacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti