Antonio Quterreş: Dünya iqlimlə mübarizədə öz uğursuzluğunu etiraf etməlidir

COP29
  • 28 oktyabr, 2025
  • 16:36
Antonio Quterreş: Dünya iqlimlə mübarizədə öz uğursuzluğunu etiraf etməlidir
BMT-nin baş katibi Antoniu Quterriş
REUTERS/ Denis Balibouse

Yaxın illərdə Yer kürəsinin temperaturu 1,5°C-dən çox artacaq, lakin bu artımın müvəqqəti olması üçün tədbirlər görmək hələ də gec deyil.

"Report"un "The Guardian"a istinadən məlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

"Gəlin uğursuzluğumuzu etiraf edək. 1,5°C həddini aşmaq dağıdıcı nəticələrə səbəb olacaq", - o qeyd edib.

BMT-nin Baş katibi Braziliyada keçiriləcək COP30-da toplaşacaq dünya liderlərini zərərli tullantıların azaldılmasını nə qədər çox təxirə salarlarsa, fəlakətli nəticələrin ehtimalının da bir o qədər artacağını etiraf etməyə çağırıb.

Onun sözlərinə görə, sammitdə kursun dəyişdirilməsi zərurətinin qəbul edilməsi prioritet olacaq.

Baş katib belə bir vəziyyətin səbəbini milli səviyyədə müəyyən olunmuş töhfələrin çatışmazlığı ilə əlaqələndirib. O bildirib ki, bunlar iqlimin qorunması üçün hər bir ölkənin Paris iqlim sazişi çərçivəsində müstəqil olaraq hazırladığı fəaliyyət planlarıdır. Hazırda cəmi 62 ölkə öz planlarını BMT-yə göndərib.

Son xəbərlər

Bütün Xəbər Lenti