Zənginlər reytinqində dəyişiklik baş verib
Biznes
- 18 may, 2021
- 08:56
“Tesla” və “Space X” şirkətlərinin təsisçisi və rəhbəri İlon Mask dünya zənginlərinin “Bloomberg Billionaries İndex” reytinqində ikinci yerdən üçüncü yerə enib.
“Report” xəbər verir ki, onun əvəzində “Louis Vuitton” geyim şəbəkəsinin sahibi, varidatı 47 milyard dollar artaraq 161,2 milyard dollara çatan Bernar Arno ikinci yerə qalxıb.
Belə ki, ötən günkü hərraclarda 2,2 faiz ucuzlaşan “Tesla” texnologiya sektorundakı ümumi tənəzzül çərçivəsində son 5 gün ərzində 8,3 faiz azalma göstərib. İ.Maskın varidatı isə hazırda 160,6 milyard ABŞ dollarıdır. Halbuki “Tesla”nın ötən il ərzində 750 faiz artım göstərməsi nəticəsində bu ilin yanvar ayında İ.Mask zənginlər reytinqinə başçılıq edib və o vaxtdan varidatını 9,1 milyard dollar azaldıb.
Son xəbərlər
08:59
Tramp: İran yenidənqurma prosesinə başlaya bilər
Region08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (08.04.2026)
Maliyyə08:46
Pekin: Tayvan hökuməti ABŞ-yə görə adanın iqtisadiyyatını Çindən uzaqlaşdırmağa çalışır
Digər ölkələr08:44
Füzulidə 15 kiloqram marixuana və psixotrop həblər aşkarlanıb
Hadisə08:40
FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət edib
Ekologiya08:27
Quterreş ABŞ ilə İran arasında atəşkəsi alqışlayıb
Digər ölkələr08:20
Foto
Bakının bəzi yollarında sıxlıq müşahidə olunur
İnfrastruktur08:15
ABŞ və İran arasında atəşkəs bəyanatından sonra neft ucuzlaşıb
Digər ölkələr08:05