"Ülker" məhsullarının satıldığı mağazanın açılışı oldu
- 25 sentyabr, 2025
- 15:04

Dünyada tanınmış "Ülker" markasının məhsullarının topdan və pərakəndə şəkildə satıldığı mağazanın Abşeron Ticarət Mərkəzində açılışı olub.
Yeni mağazada "Ülker" markasının ən çox tələb olunan məhsul çeşidləri müştərilərə topdan satış formatında təqdim olunur.
Yeni satış nöqtəsində Albeni, Halley, Katkat, Biskrem, Olala, Çokokrem, Çokoprens, Çizi, Dankek və digər məhsullar geniş seçim imkanı ilə alıcılara təklif edilir.
"Ülker"in nümayəndələrinin verdiyi məlumata görə, mağazanın əsas məqsədi həm pərakəndə satış məntəqələrini, həm iaşə obyektlərini, həm də pərakəndə müştərilərimizi keyfiyyətli və sərfəli şərtlərlə məhsullarla təmin etməkdir. Bununla da mağazamız müştərilərin Ülker məhsullarına daha rahat və sürətli çıxışını təmin etməyi hədəfləyir.
"Ülker" uzun illərdir istehlakçılara keyfiyyətli, dadlı və etibarlı məhsullar təqdim etməklə, Azərbaycan bazarında mövqeyini daha da möhkəmləndirir.
Əlavə məlumat üçün:
Ünvan: Abşeron Ticarət Mərkəzi, Prestije Bakı, Korpus 28/4, Yolun kənarında 1-ci sıra


