Türkiyə və Azərbaycan iş adamları üçüncü ölkələrdə birgə layihələrin icrasına dəvət olunub

Biznes
  • 23 dekabr, 2025
  • 12:41
Türkiyə və Azərbaycan iş adamları üçüncü ölkələrdə birgə layihələrin icrasına dəvət olunub

Türkiyə və Azərbaycan iş adamları qarşılıqlı investisiyalarla yanaşı, üçüncü ölkələrdə də birgə layihələr həyata keçirməyə dəvət olunub.

"Report" xəbər verir ki, bu çağırışla Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən II Türkiyə–Azərbaycan İnvestisiya Forumunda çıxışı zamanı edib.

Onun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı investisiyaların həcmi artıq 39 milyard ABŞ dollarına yaxınlaşıb və bu göstəricinin daha da artırılması əsas hədəflərdən biridir: "Türkiyədən Azərbaycana yatırılan investisiyalar 18 milyard ABŞ dollarına, Azərbaycandan Türkiyəyə yönəlmiş investisiyalar isə 21 milyard ABŞ dollarına yaxınlaşıb. Bu çox ciddi həcmdir və biz bunun daha da artmasını istəyirik".

Vitse-prezident vurğulayıb ki, investisiyaların artması ticarət əlaqələri üçün daha möhkəm və dayanıqlı zəmin yaradır.

O, iş adamlarını yalnız ikitərəfli deyil, regional və qlobal miqyasda da birgə investisiya təşəbbüslərini genişləndirməyə çağırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti