“Toyota” qlobal avtomobil satışını rekord həddə artırıb
Biznes
- 29 aprel, 2021
- 05:17
Bu ilin mart ayında Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota” şirkəti qlobal miqyasda 982 912 ədəd avtomobil satıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 44,2% çoxdur və yeni artım rekordudur.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, avtomobil nəhənginin məhsullarına tələbatın kəskin artması ABŞ və Çindən qaynaqlanır.
Belə ki, ötən ay ABŞ-da idman yolsuzluq və hibrid avtomobillərə, Çində isə “Corolla Sedan” modelinə güclü tələb olub. Son nəricədə “Toyota”nın ölkəxarici satışları 57,8% artaraq 791 568 ədəd, ölkədaxili satışları isə 6,4% artaraq 191 344 ədəd təşkil edib.
Bu ilin yanvar-mart aylarında isə “Toyota”nın qlobal avtomobil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 19,1% çox olub.
Son xəbərlər
16:43
Avropa İttifaqı Ukraynaya kreditin ilk tranşını bu ilin ikinci rübündə verəcək
Digər ölkələr16:41
Foto
Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibə verib
Daxili siyasət16:35
Salyanda 11 yaşlı uşaq ölüb, TƏBİB ilkin səbəbi açıqlayıb
Hadisə16:29
Xidmət: Qarlı və şaxtalı hava su təchizatında ciddi problemlər yaratmayıb
İnfrastruktur16:27
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri səlahiyyətlərini Yevgeni Xmara icra edəcək - YENİLƏNİB
Digər ölkələr16:25
"Azexport" Kaliforniyadan sifariş alıb
Maliyyə16:23
BTQ Hindistanın siqhlərə qarşı törətdiyi qətliamlarla bağlı statistikanı paylaşıb
Xarici siyasət16:17
"Karvan-Yevlax" futbolçusu ilə yollarını ayıracaq
Futbol16:08