“Tesla” rekord məbləğdə xalis mənfəət əldə edib
Biznes
- 27 iyul, 2021
- 06:56
Bu ilin II rübündə ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti 1,14 milyard dollar xalis mənfəət əldə edib ki, bu da indiyə qədər qeydə alınmış rekord rüblük göstəricidir.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə "Tesla"nın xalis mənfəəti 10 dəfə artıb.
Hesabat dövründə “Tesla” 11,3 milyard dollarlıq proqnoza (“Refinitiv”in məlumatına görə) qarşı 11,96 milyard dollar gəlir əldə edib. O cümlədən, elektromobillərin satışından gəlirlər 10,21 milyard dollar olub. Energetika biznesindən, o cümlədən ev və müəssisələr üçün günəş enerjisindən gəlirlər ötən rüblə müqayisədə 60 % artaraq 801 milyon dollar təşkil edib.
Son xəbərlər
09:54
Nazir müavini: "Azərbaycan əhəmiyyətli rəqəmsal transformasiyaya nail olub"
İKT09:53
Azərbaycan nefti ucuzlaşıb
Energetika09:52
Ötən il Azərbaycanda 10-a yaxın meyitin orqanları başqasına köçürülüb
Sağlamlıq09:52
Şəmkirdə meyti tapılan şəxsin öldürüldüyü məlum olub, oğlu şübhəli bilinir
Hadisə09:48
Foto
Azərbaycan və Dünya Bankı enerji sahəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
Energetika09:45
NBA hakimi əlverişsiz hava şəraitinə görə oyuna qatıla bilməyib
Komanda09:32
Foto
Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
Milli Məclis09:23
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
Energetika09:22