Azərbaycan Biznesinin İnkişafı Fondu 10 ayda qadınlara 28 milyon manat güzəştli kredit ayırıb

Biznes
  • 13 noyabr, 2025
  • 12:14
Azərbaycan Biznesinin İnkişafı Fondu 10 ayda qadınlara 28 milyon manat güzəştli kredit ayırıb

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu qadınların 498 investisiya layihəsinin maliyyələşdirilməsinə 27,9 milyon manat güzəştli kredit verib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Onun sözlərinə əsasən, 10 ay ərzində qadınlara verilmiş kreditlərin hesabına 367 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Son xəbərlər

Bütün Xəbər Lenti