Rusiya xaric ölkələrdəki ticarət nümayəndəliklərinin sayını azaltdı
Biznes
- 11 noyabr, 2020
- 13:05
Rusiya hökuməti Litva və Ukraynadakı ticarət nümayəndəliklərinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı baş nazir Mixail Mişustin fərman imzalayıb.
Fərmana əsasən, Rusiyanın xaricdəki ticarət nümayəndəliklərinin sayı 60-dan 58-ə düşüb.
"Rusiyanın Litva ilə ticarət dövriyyəsi azdır. Bu isə həmin ölkədə ticarət nümayəndəliyinin saxlanılmasını perspektivsiz edir. Ukrayna isə keçən yay Rusiya ilə ticarət nümayəndəliklərinin qarşılıqlı qurulması barədə imzaladığı müqaviləyə xitam verib, odur ki, oradakı ticarət nümayəndəliyimiz də ləğv olunub", - deyə hökumətdən bildirilib.
Xatırladaq ki, Rusiyanın Azərbaycanda da ticarət nümayəndəliyi fəaliyyət göstərir.
Son xəbərlər
10:52
Ötən gündələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılıb
Hadisə10:51
ABŞ Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazır olduğunu bəyan edib
Xarici siyasət10:49
Azərbaycan mebel və onun hissələrinin idxalına çəkdiyi xərci 12 %-ə yaxın azaldıb
Biznes10:27
"Milan" 41 yaşlı futbolçunu transfer etməyi düşünür
Futbol10:25
Nyu-Cersidə iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb
Digər ölkələr10:19
"Mərkəzi Asiya-Yaponiya 2040" əməkdaşlıq strategiyası hazırlana bilər
Biznes10:11
Honq-Konqdakı yanğında ölənlərin sayı 161-ə çatıb
Digər ölkələr10:05
Türkiyədə mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat: 61 nəfər saxlanılıb
Region10:00
Foto