“Renault” “Daimler”dəki payını milyard avrodan baha qiymətə satıb
Biznes
- 12 mart, 2021
- 10:24
Fransanın avtomobil istehsalçısı “Renault” Almaniyanın “Daimler” avtomobil konsernindəki 1,54%-lik payını təxminən 1,143 milyard avroya satıb.
“Report” “Prime”a istinadən xəbər verir ki, bu barədə Fransa şirkətinin açıqlamasında deyilir.
Qeyd olunub ki, 16 448 378 səhm ədədi 69,5 avrodan satılıb.
“Renault” ilə “Daimler” arasındakı sənaye tərəfdaşlığı dəyişməz olaraq qalır və bu maliyyə razılaşması ona təsir etməyəcək”, - şirkətdən bildiriblər.
Satışdan əldə edilən gəlir “Renault”ya avtomobil sənayesindəki fəaliyyətində borc vəsaitlərinin azaldılmasını sürətləndirməyə imkan verəcək.
Son xəbərlər
13:59
Ötən il Tunis Azərbaycandan neft alışını 3 %-dən çox azaldıb
Energetika13:59
Samir Abasov: "Sabah"ın Premyer Liqada liderliyi nə bəxt amilidir, nə də təsadüf"
Futbol13:46
Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
Futbol13:33
Qazaxıstan və İsrail vizasız rejim haqqında memorandum imzalayıb
Region13:17
"Real" İspaniya klubunun müdafiəçisi ilə maraqlanır
Futbol13:16
Hindistan Avropa İttifaqı ilə birgə müdafiə istehsalını genişləndirəcək
Digər ölkələr13:13
Foto
Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-2
Daxili siyasət13:05
Azərbaycan mehmanxanalarının gəlirləri 6 % azalıb
Turizm13:05