Raffaele Marçetti: Azərbaycan müsbət tendensiyaları olan çox az ölkələrdəndir
- 22 sentyabr, 2025
- 12:54

Azərbaycan son illər müsbət tendensiyaları olan çox az ölkələrdəndir.
"Report" xəbər verir ki, bunu Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin direktoru Raffaele Marçetti Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan tarixin qələbə tərəfindədir:
"Həmçinin Ermənistanla ilkin sazişə diqqət edək. Bu, çox vacibdir. ABŞ-nin bu prosesə dəstəyini də vurğulamaq lazımdır. Azərbaycanın son on illiklər ərzində inkişafı göz önündədir. Biz diplomatik, iqtisadi əlaqələrə nəzər yetirməliyik".
R.Marçetti vurğulayıb ki, Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq artıq gələcək çağırışlar üçün ciddi addımlar atır.
"Müasir çağırışlara uyğun olaraq Azərbaycan özünü daha çox inkişaf etdirməlidir", - deyə o əlavə edib.