Qarabağda istehsal olunan mallar Türkiyəyə güzəştli qaydada ixrac oluna bilər

Biznes
  • 26 dekabr, 2025
  • 11:15
Qarabağda istehsal olunan mallar Türkiyəyə güzəştli qaydada ixrac oluna bilər

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində istehsal olunan bir sıra malların Türkiyəyə güzəştli qaydada ixracına dair siyahı müəyyən edilib.

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı Səfirliyinin baş ticarət müşaviri Gülizar Yavaş Bakıda keçirilən "Türkiyə bazarına çıxış: İxrac, hüquqi və praktiki aspektlər" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, söhbət xüsusi saziş əsasında birtərəfli qaydada tətbiq olunan güzəştlərdən gedir: "Bu güzəştlər qismən və ya tam vergi azadolması formasında ola bilər. Xüsusi razılaşma olduğu üçün bu məlumatları açıq mənbələrdə tapmaq mümkün deyil. Lakin Qarabağda investisiyası olan, yaxud istehsal fəaliyyəti həyata keçirən və məhsulun mənşəyinin Qarabağ olduğunu sənədlərlə təsdiqləyə bilən sahibkarlar siyahıya düşüb-düşmədiklərini və Türkiyəyə vergisiz ixrac imkanlarını səfirliyin ticarət müşavirliyindən öyrənə bilərlər".

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azaddırlar. Eyni zamanda, ƏDV məqsədləri üçün qeydiyyatda olan həmin ərazilərin rezidentləri tərəfindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıq və qurğuların, habelə xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti