"PAŞA Holdinq" Qazaxıstan vətəndaşının iştirakı ilə iki yeni şirkət yaradıb

Biznes
  • 13 oktyabr, 2025
  • 12:54
PAŞA Holdinq Qazaxıstan vətəndaşının iştirakı ilə iki yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bilasuvar Azerbaijan Holdco" və "Banka Azerbaijan Holdco" MMC-ləri dövlət qeydiyyatına alıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, yeni şirkətlər "PAŞA Holdinq" MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.

Onların nizamnamə kapitalı müvafiq olaraq 15 688 385 ABŞ dolları və 11 337 732 ABŞ dolları, qanuni təmsilçisi isə Qazaxıstan vətəndaşı Yernur Jıyenbayevdir.

Son xəbərlər

Bütün Xəbər Lenti