"PAŞA Holdinq" növbəti 5 ildə regionda innovasiyaların gələcəyini formalaşdırmağı planlaşdırır

Biznes
  • 29 sentyabr, 2025
  • 11:07
PAŞA Holdinq növbəti 5 ildə regionda innovasiyaların gələcəyini formalaşdırmağı planlaşdırır

"PAŞA Holdinq" növbəti beş ildə regionda innovasiyaların gələcəyini formalaşdırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bunu "PAŞA Holdinq" MMC-nin baş direktoru Cəlal Qasımov holdinqin təşkil etdiyi 5-ci "INMerge" innovasiya sammitinin açılış mərasimində bildirib.

"Bu gün "InMerge" Mərkəzi Avrasiya və onun hüdudlarından kənarda sahibkarları, investorları və liderləri bir araya gətirən hərəkatdır. Növbəti beş il üçün bizim missiyamız aydın olaraq qalır: ideyalar irəli sürmək, əlaqələr qurmaq və regionda innovasiyaların gələcəyini formalaşdırmaq. Lakin unutmayaq ki, innovasiyaların ən güclü forması öyrənməkdən başlayır. Biz daimi inkişaf mədəniyyətini formalaşdırdığımız, marağı, təvazökarlığı və özümüzə meydan oxumaq cəsarətini təşviq etdiyimiz zaman, təkcə gələcəyə hazırlaşmırıq - biz onu yaradırıq", - C.Qasımov vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti