Orxan Nəzərli: "ƏDV limitinin artırılması nağd ödənişlərə aid deyil"

Biznes
  • 06 noyabr, 2025
  • 14:04
Orxan Nəzərli: ƏDV limitinin artırılması nağd ödənişlərə aid deyil

Azərbaycanda sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV qeydiyyat öhdəliyi yaradan dövriyyə həddinin nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılması (200 min manatdan 400 min manata çatdırılması) nağd ödənişlərə aid deyil.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"ƏDV limitinin artırılması nağdsız ödənişlərə tətbiq edilir. Çünki pərakəndə satışda nağdsız ödənişlərin xüsusi çəkisi 78,2 %-dir. Bu baxımdan limit kifayət qədər əhatəlidir. Nağd ödənişlərdə daha çox yayınma var. Bu səbəbdən də daha çox nağdsız ödəniş stimullaşdırılır", - deyə o qeyd edib.

Bundan başqa, vergi rəsmisi deyib ki, Naxçıvan Muxtar Respublikasına və işğaldan azad edilmiş ərazilərə vergi ilə bağlı güzəştlərin tətbiqi həmin regionların xüsusiyyətlərindən irəli gəlir: "Niyə güzəştlər məsələn, Qubada və yaxud digər ərazilərdə yoxdur? Burada xüsusiyyətlər nəzərə alınır. Çünki Naxçıvan eksklavdır, onun coğrafiyasına və sərhədlərinə çox ciddi nəzarət etmək olur. Eyni zamanda Qarabağda icazə sistemi formatı var, ora da nəzarət etmək olar. Bunun da, müəyyən bir siyasi tərəfinin vacibliyini hər birimiz dərk edirik".

Son xəbərlər

Bütün Xəbər Lenti