Nazir müavini: "Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında 43 saziş qüvvədədir"

Biznes
  • 07 oktyabr, 2025
  • 11:08
Nazir müavini: Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında 43 saziş qüvvədədir
Elnur Əliyev

Azərbaycanın beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində imzaladığı sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında 43 saziş qüvvədədir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda bildirib.

"Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli biznes mühiti, güzəştlər, imtiyazlar və stimullar ölkə iqtisadiyyatına qoyulan investisiyaların artmasını, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılmasını təmin edir. Azərbaycan qonşu və regional ölkələrlə 10 ikitərəfli azad ticarət sazişi imzalayıb ki, bu da Yaxın Şərqdən MDB regionuna ticarət axınlarını artırır və iqtisadi əməkdaşlığı genişləndirir", - deyə o qeyd edib.

Nazir müavininin sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir: "Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur dəhlizinin işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Sənaye zonaları zonaları, müasir nəqliyyat və rəqəmsal infrastruktur, insan kapitalı rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər üçün hazır platformalar təqdim edir".

Son xəbərlər

Bütün Xəbər Lenti