Naxçıvanda orta aylıq əməkhaqqı 6% artıb

Biznes
  • 12 mart, 2021
  • 08:31
Naxçıvanda orta aylıq əməkhaqqı 6% artıb

Bu ilin yanvar ayında Naxçıvan MR-da orta aylıq əməkhaqqı 536 manat təşkil edib.

“Report” bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% çoxdur.