Naxçıvanda mənşə sertifikatı verilməsi 29 %-dən çox artıb

Biznes
  • 14 noyabr, 2025
  • 10:51
Naxçıvanda mənşə sertifikatı verilməsi 29 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 411 mənşə sertifikatı verib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 % çoxdur.

10 ay ərzində mənşə sertifikatlarının 317-si "CT-1" formalı, 86-sı "Ümumi" formalı, 8-i isə A formalı olub.

Son xəbərlər

Bütün Xəbər Lenti