“Michelin” Fransada 2 mindən çox işçisini ixtisar edəcək
- 06 yanvar, 2021
- 12:35

Dünyanın ən böyük şin istehsalçılarından biri olan “Michelin” şirkəti Fransadakı müəssisələrində 2,3 min iş yerini ixtisar etmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin bu gün yayımlanan bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, şirkət rəhbərliyi Fransadakı müəssisələrində 21 min nəfərlik mövcud personal sayının 2,3 min həcmində azaldılmaq hesabına strukturları sadələşdirmək və rəqabət qabiliyyətini artırmaq planını təsdiqləyib. Həyata keçirilən planın müəssisələrin bağlanması demək olmadığı da vurğulanıb.
Şirkət prezidenti Floran Meneqo məsələ ilə bağlı bildirib ki, ixtisarlar Fransadakı bütün müəssisələrdə olacaq. “Əsasən işçilərin könüllü işdən çıxması, o cümlədən təqaüdə çıxması hesabına ixtisarlar həyata keçiriləcək”, - o deyib.