Mask milyarderlərin reytinqində Bill Qeytsi geridə qoydu
Biznes
- 24 noyabr, 2020
- 04:22

Dünyanın ən varlı insanı yenidən ABŞ-ın texnologiya şirkəti “Amazon”un rəhbəri (CEO) Ceff Bezos olub.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, onun sərvəti 182 milyard ABŞ dollarıdır.
Bu dəfə ikinci yerdə “SpaceX” və “Tesla” şirkətlərinin baş direktoru İlon Mask qərarlaşıb.
Belə ki, Maskın sərvəti il ərzində 100, 3 milyard ABŞ dolları artaraq 127,9 milyard ABŞ dollarına çatıb. Bununla da, Mask ABŞ-ın “Microsoft” korporasiyasının rəhbəri Bill Qeytsi geridə qoyub.
“Microsoft”un qurucusu Bill Geyts 127,7 milyard ABŞ dolları həcmindəki sərvəti ilə reytinqin üçüncü sırasında yer tutub.
Daha sonra Fransanın “LVMH” şirkətinin rəhbəri Bernard Arnault və feysbukun yaradıcısı və CEO-su Mark Zuckerberg qərarlaşıb.
Son xəbərlər
03:09
Tramp: Demokratlar tezliklə şatdaun əleyhinə tədbirləri dəstəkləyəcəklər
Digər ölkələr02:38
Gürcüstan XİN: ABŞ ilə strateji tərəfdaşlığı dərinləşdirmək niyyətindəyik
Region02:23
Tramp Ağ Evin yeni banket zalının inşasını təsdiqləyib
Digər ölkələr01:56
Foto
Milli Məclisin üzvləri Kolumbiyada parlament rəsmiləri ilə görüşüblər
Milli Məclis01:38
Britaniya Ukraynaya qoşun yeritmək üçün 135 milyon dollar ayırmağa hazırdır
Digər ölkələr00:56
Foto
ABŞ-nin hərbi avtomobil karvanı Polşada qəzaya uğrayıb, xəsarət alanlar var
Digər ölkələr00:27
Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr00:00
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından beş il ötür
Qarabağ23:51