İsmayıl Erşahin: "Azərbaycan investisiyalar üçün ən yaxşı ölkədir"

Biznes
  • 22 sentyabr, 2025
  • 16:25
İsmayıl Erşahin: Azərbaycan investisiyalar üçün ən yaxşı ölkədir

Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən biri olmaq məsələsində bütün zəruri şərtlərə malikdir.

"Report"un məlumatına görə, bunu İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının icraçı direktoru və baş direktoru İsmayıl Erşahin Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.

Onun sözlərinə görə, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar və sabit iqtisadi siyasət burada biznes və uzunmüddətli əməkdaşlıq üçün unikal mühit formalaşdırır.

"Azərbaycan investisiyaların yatırılması üçün ən yaxşı ölkədir. Çünki burada strateji mövqe, proqnozlaşdırıla bilən iqtisadi siyasət və zəngin resurs bazası harmonik şəkildə birləşərək biznesin inkişafı və davamlı tərəfdaşlıq üçün şərait yaradır", - İ.Erşahin vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti