Gürcüstan Azərbaycandan tikinti materiallarının idxalını azaldıb
Biznes
- 25 sentyabr, 2020
- 07:39
Gürcüstan bu ilin yanvar-avqust aylarında Azərbaycandan 10,6 milyon ABŞ dolları dəyərində 212,5 min ton sement idxal edib.
Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.
İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə ixrac olunan sementin həcmində 22,7% azalma olub.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 7,5 milyon ABŞ dolları dəyərində 17,1 min ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar da alıb. Ötən ilin eyni göstəricisi ilə müqayisədə bu tikinti materialının idxal həcmi 25,5% azalıb.
İlk 8 ayda qonşu ölkə Azərbaycandan 74,4 min ton gips, anhidrit, gipsli bağlayıcılar da tədarük edib. Bu həcm ötən ilin analoji göstəricisindən 3,6% çoxdur.
Son xəbərlər
08:58
Mərdəkan qəsəbəsinin bir hissəsində işıq olmayacaq
Energetika08:52
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.12.2025)
Maliyyə08:50
Şəmkirdə mikroavtobus kanala aşıb, xəsarət alanlar var
Hadisə08:38
Cinpin Fransanı "dünya yol ayrıcında olduğu bir vaxtda" məsuliyyət nümayiş etdirməyə çağırıb
Digər ölkələr08:23
Bakının bir çox yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:20
Türkiyədə ağır yol qəzası olub, 4 nəfər ölüb
Region07:55
ABŞ Senatına Venesuelaya güc tətbiq olunmaması tələbi ilə qətnamə təqdim edilib
Digər ölkələr07:28
KİV: Yaponiya-Çin-Cənubi Koreya sammiti Tokio və Pekin arasındakı münaqişəyə görə təxirə salınacaq
Digər ölkələr06:50