"Goodyear" Azərbaycanda mövqeyini gücləndirməyi planlaşdırır

Biznes
  • 09 aprel, 2026
  • 11:00
Goodyear Azərbaycanda mövqeyini gücləndirməyi planlaşdırır

"Goodyear" brendinin uzun fasilədən sonra Azərbaycan bazarında mövqeyini daha da gücləndirməyi planlaşdırdığı açıqlanıb.

Premium seqmentin seçimi olan bu brendin yeniliyi barədə "Radius" şirkətinin baş ofisində keçirilən infosessiyada bildirilib.

Tədbirdə jurnalistlər, bloqqerlər və avtomobil ekspertləri iştirak ediblər. Təqdimat zamanı brendin məhsulları, texnologiyaları və qlobal fəaliyyəti barədə məlumat verilib.

"Goodyear" 19 ölkədə 49 istehsal müəssisəsi ilə fəaliyyət göstərir. Şirkətin modern texnologiyaları ABŞ və Lüksemburqda yerləşən innovasiya mərkəzlərində hazırlanır.

"Eagle F1" və "Eagle Sport" seriyaları markanın yüksək performans və etibarlılıq xüsusiyyətləri ilə seçilən modelləri olduğu kimi, "Eagle F1 Asymmetric 6" modeli də son testlərdə yüksək nəticələr qazanmış məhsuludur.

"Vector AllSeason" və "EfficientGrip" şinlərinin geniş istifadə olunduğu və müştərilərin etimadını qazandığı vurğulanıb.

Elektrik avtomobillərinin artması fonunda Avropa, Yaxın Şərq və Afrika regionu üçün istehsal olunan şinlərin böyük hissəsi elektrik avtomobillərinə uyğun hazırlanır.

Şirkət təmsilçiləri qeyd ediblər ki, elektrik nəqliyyat vasitələrinin texniki xüsusiyyətləri nəzərə alınaraq, şinlər aşağı diyirlənmə müqaviməti və yüksək səmərəlilik təmin edəcək şəkildə dizayn olunur.

"Goodyear" şin texnologiyasının inkişafı istiqamətində öhdəliyini fəaliyyət göstərdiyi bütün bazarlarda davam etdirir. "Bunun ən son nümunələrindən biri regionun qış şəraitinə uyğun olaraq hazırlanmış "Winter Command" seriyasıdır. Bu yeniliklər müxtəlif iqlim, yol şəraiti və sürücülük tələblərinə uyğun şinlərin hazırlanmasına verdiyimiz önəmin göstəricisidir,"- brendin təmsilçisi belə deyib.

İnfosessiyada xüsusi olaraq vurğulanıb ki, "Radius" ilə əməkdaşlıq çərçivəsində "Goodyear" Azərbaycan bazarında sürücülər və korporativ müştərilər üçün məhsul və xidmətlərə çıxışın genişləndirilməsini nəzərdə tutur.