Fikrət Yusifov: "Ermənistanın xarici ticarətində kəskin artım Rusiyaya qarşı sanksiyalarla bağlıdır"
- 03 oktyabr, 2025
- 10:11

Ermənistanın xarici ticarət dövriyyəsindəki kəskin artım Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalarla bağlıdır.
"Report" xəbər verir ki, bunu "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov bildirib.
Onun sözlərinə görə, bu məsələlər bir-biri ilə sıx bağlıdır, biri səbəb, digəri nəticədir: "Ermənistanın Dövlət Statistika Komitəsinin və beynəlxalq qurumların açıqladığı məlumatlara görə, son 5 ildə Ermənistanın xarici ticarət dövriyyəsinin dəyəri 4,2 dəfə artaraq 7,1 milyard ABŞ dollarından 30,2 milyard ABŞ dollarına çatıb. Əgər 2021-ci ildə Ermənistan Rusiyadan cəmi 1,8 milyard ABŞ dolları dəyərində məhsul idxal etmişdisə, 2024-cü ildə bu rəqəm 5,1 dəfə və yaxud 7,4 milyard ABŞ dolları artaraq 9,2 milyard ABŞ dolları təşkil edib, bunun da 6,9 milyard dolları və yaxud 75 %-i sırf qiymətli və yaxud yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulların payına düşüb".