Ümumdünya Ticarət Təşkilatına ilk dəfə xanım rəhbərlik edəcək
Biznes
- 15 fevral, 2021
- 15:34
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) yeni rəhbəri Nigeriya nümayəndəsi, 66 yaşlı Nqozi Okonco-İveala (Ngozi Okonjo-Iweala) oldu.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın Baş Şurası tərəfindən namizədliyi təsdiqlənmiş N.Okonco-İveala həmin vəzifədə ilk xanım və ilk Afrika təmsilçisidir.
Səlahiyyətləri cari ilin 1 mart tarixindən 2025-ci ilin 31 avqust tarixinədək davam edəcək N.Okonco-İveala 1976-cı ildə Harvard Universitetindən məzun olub və Massaçusets Texnologiya İnstitutunda fəlsəfə doktoru elmi adını alıb. Bir müddət sonra Nigeriya maliyyə naziri və xarici işləri naziri vəzifələrində də ilk xanım olan diplomat 25 il ərzində Dünya Bankında müxtəlif vəzifələrdə çalışıb.
Son xəbərlər
13:01
Azərbaycan millisinin Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib
Futbol12:59
Buzovna qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
Energetika12:56
Javlon Vahabov: Üç il ərzində Orta Dəhlizlə Azərbaycan ərazisindən daşımalar 90 % artıb
Xarici siyasət12:55
Bakıda cüdo texnikaları üzrə imtahan keçiriləcək
Fərdi12:53
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatının artımını proqnozlaşdırır
Biznes12:50
Serbiyalı ekspert: Azərbaycanla strateji əməkdaşlıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir
Xarici siyasət12:48
Vüsalə Mahirqızı: Azərbaycanda xəbərdəki səhvləri düzəldən bir çox elektron alətlər yenilənməlidir
Media12:45
Foto
Xocalı soyqırımının 34-cü ili ərəfəsində bir qrup Sumqayıt məktəblisi Memorial Soyqırımı Muzeyini ziyarət edib
Daxili siyasət12:42