"Çay" yükünün içərisində 105 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
Biznes
- 07 oktyabr, 2025
- 11:19
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılmış kompleks əməliyyat axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyədən çıxarılıb.
"Report" komitəyə istinadən xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "çay" yükü aparan vaqon "Cənub Astara" gömrük postunun "Astara Dəmir Yolu" gömrük keçid məntəqəsində saxlanılıb və əsaslı yoxlamaya cəlb olunub.
Yoxlama zamanı vaqonda olan "çay" yükünün içərisində gömrük nəzarətindən gizlədilən 20 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 105 kq 800 q narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:59
Çempionlar Liqası: "İnter" səfərdə məğlub olub, "Atletik" heç-heçə edib
Futbol01:52
Tramp Starmerdən Dieqo-Qarsiyaya nəzarəti Mavrikiyə verməməyi tələb edib
Digər ölkələr01:20
KİV: Fransada vergidən yayınan minlərlə təsərrüfatçı aşkarlanıb
Digər ölkələr00:50
Sabunçunun bəzi ərazilərində işıq olmayacaq
Energetika00:28
Ukrayna və ABŞ-nin nazirləri maye qaz təchizatını və nüvə enerjisini müzakirə ediblər
Digər ölkələr00:18
Qurban Qurbanov: "Buraxılan qollardan sonra futbolçularımız özlərini ələ ala bilmədilər"
Futbol00:03
"Nyukasl"ın baş məşqçisi: "Qarabağ"a qarşı cavab matçımız ciddi keçəcək"
Futbol00:00
Foto
Ramazan ayı başlayıb
Din23:59