Bezos 7,2 milyard dollar dəyərində "Amazon" səhmlərini satıb
Biznes
- 06 avqust, 2020
- 04:00
Bu həftə dünyanın ən zəngin adamı və “Amazon” şirkətinin təsisçisi Jeff Bezos dəyəri 3,1 milyard ABŞ dollarından çox olan səhm satıb.
“Report” xəbər verir ki, bu barədə “CNBC” telekanalı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına göndərilən bildirişlərə istinadən məlumat verib.
Həmin sənədlərə görə, Bezos bu ilin əvvəlində “Amazon” şirkətinin 4,1 milyard ABŞ dolları dəyərində səhmini satıb.
Bu həftəni də nəzərə alsaq, dünyadakı ən varlı insan səhm satışından 7,2 milyard ABŞ dollarından çox gəlir əldə edib.
Milyarder jurnalistlərə verdiyi açıqlamada bildirib ki, onun səhm satmaqda əsas məqsədi kosmik şirkəti maliyyələşdirməkdir.
Bezos hələ də korporasiyanın 170 milyard ABŞ dollarından çox dəyəri olan 54 milyon səhminin sahibdir.
Son xəbərlər
17:58
İspaniya Baş nazirinin həyat yoldaşı korrupsiya işi üzrə məhkəmə qarşısına çıxarılacaq
Digər ölkələr17:54
Azərbaycanda ötən gün 24 mindən çox çətənə kolu məhv edilib
Hadisə17:43
Ceyhun Bayramovla Bəxtiyor Səidov TDT çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
Xarici siyasət17:42
Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunda finala vəsiqə qazanıb
Fərdi17:40
Foto
Samuxda III Ərik Festivalı və Aqrar Biznes Festivalı keçirilir
ASK17:32
Azərbaycanda siqaret istehsalı 20 %-ə yaxın artıb
Sənaye17:26
İran yenidən Hörmüz boğazını bağlayıb
Digər ölkələr17:21
Foto
İordaniya parlamentinin sədri Azərbaycana səfərə gəlib
Xarici siyasət17:16