Bakıda Azərbaycan-Qırğız birgə hökumətlərarası komissiyasının iclası keçiriləcək

Biznes
  • 07 dekabr, 2025
  • 13:37
Bakıda Azərbaycan-Qırğız birgə hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Azərbaycan Prezidenti iclasın gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələr arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirib.

Son illərdə ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlət başçısı bu məsələdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxunub.

Son xəbərlər

Bütün Xəbər Lenti