"AzerGold" bu il ilk ixracını həyata keçirib
Biznes
- 28 yanvar, 2026
- 17:30
Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərindən biri olan "AzerGold" QSC bu ay 2026-cı il üzrə ilk ixrac əməliyyatını uğurla həyata keçirib.
Şirkətin ixrac etdiyi ilk partiya qızıl və gümüşün beynəlxalq bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 32,9 milyon manat vəsait cəlb edilib.
Ötən il şirkət beynəlxalq və yerli bazarlarda ümumilikdə 73,2 min unsiya qızıl və 93,2 min unsiya gümüş satıb. Əldə olunan ümumi gəlir 439,3 milyon manat təşkil edib ki, bu da əvvəlki illə (2024-cü il) müqayisədə 43 % çoxdur.
"AzerGold" fəaliyyət göstərdiyi müddətdə ümumilikdə 560,5 min unsiya qızıl və 1,04 milyon unsiya gümüş sataraq ölkə iqtisadiyyatına 1,9 milyard manat vəsait cəlb edib.
Son xəbərlər
09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.02.2026)
Maliyyə08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.02.2026)
Maliyyə08:44
Qırğızıstan parlamentinin spikeri istefa verib
Digər ölkələr08:30
Çin və Macarıstanın XİN rəhbərləri iqtisadi layihələri və Ukraynanı müzakirə ediblər
Digər ölkələr08:17
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:55
Pentaqonun icazəsi şəhərin hava məkanının bağlanmasına səbəb olub
Digər ölkələr07:11
Pezeşkian: İran müfəttişlərin nüvə obyektlərinə daxil olmasına icazə verməyə hazırdır
Region06:55
Buenos-Ayresdə keçirilən etiraz aksiyalarda on dörd nəfər saxlanılıb
Digər ölkələr06:22