Azərbaycanın 20-ci Milli İnternet Mükafatı NETTY2025 üçün qeydəalınma başlayıb

Biznes
  • 01 oktyabr, 2025
  • 09:29
Azərbaycanın 20-ci Milli İnternet Mükafatı NETTY2025 üçün qeydəalınma başlayıb

Bu gündən Azərbaycanın NETTY2025 Milli İnternet Mükafatı üçün qeydəalınma prosesi başlayıb.

"Report" xatırladır ki, 2004-cü ildə yaradılmış NETTY mükafatı hər il əhəmiyyətli Azərbaycan veb-saytlarını, mobil tətbiqləri, sosial platformalarda resursları, aktual İT-layihələri və informasiya texnologiyaları sahəsində qabaqcıl fəaliyyət göstərənləri aşkar edir və mükafatlandırır, bu il 20-ci dəfə keçirilir.

Müsabiqə iştirakçılarının ərizələri netty.az saytında qəbul olunur və noyabrın 24-nə qədər davam edəcək.

Noyabrın 24-dən dekabrın 5-nə qədər namizədlərin siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin səsverməsi keçiriləcək.

Dekabrın 6-da NETTY Akademiyası namizədlər arasından qalibləri müəyyən etmək üçün səsverməyə başlayacaq. Elan edilmiş əsas nominasiyalar üzrə hər bir kateqoriya üzrə qaliblər müəyyən ediləcək. İştirakçıların qiymətləndirilməsi ideya, məzmun və icra üzrə həyata keçiriləcək.

Ərizələrin qeydiyyatı ödənişlidir. Oktyabrın 1-dən 7-nə qədər ödənişdə 75 % güzəşt tətbiq edilir.

2025-ci ildə NETTY ebsaytlar, tətbiqlər və sosial səhifələri Elektron dövlət və rəqəmsallaşdırma, Rəqəmsal iqtisadiyyat, biznes və startaplar, İnnovasiyalar, kibertəhlükəsizlik və süni intellekt, Elm, təhsil və rəqəmsal savadlılıq, Media, mədəniyyət və kreativ kontent, XXI əsrin həyat tərzi və turizmi, Cəmiyyət və inklüzivlik üçün texnologiyalar kateqoriyaları üzrə qiymətləndirəcək.

NETTY2025-in qalibləri mükafatlandırma mərasimində rəsmi olaraq elan edilir. Müsabiqənin bütün nominantları tədbirə dəvətlidir. Tədbir zamanı müsabiqənin nominantları və qalibləri diplomları və rəsmi NETTY mükafatını, həmçinin müsabiqənin tərəfdaşlarından hədiyyələri əldə edirlər.

Müsabiqə haqqında ətraflı məlumatı netty.az saytından əldə edə, həmçinin bu saytdan iştirak üçün müraciət edə bilərsiniz.

Bu il mükafatın baş tərəfdaş NAR, rəsmi tərəfdaşi "AzInTelecom" MMC, tərəfdaşları Azərbaycan İnnovasiya Mərkəzi (AIM), "SmartHost", "Savalan" və "Renley"dir.

İnformasiya dəstəyi "Report" İnformasiya Agentliyi, Infocity.tech, Technote.az, Oxu.az, "Каспий" qəzeti, Baku.TV, Baku.ws, Radio Enerji, Kazzımli Photography, Sapunov Online və ALR Media-ya məxsusdur.

Mükafatla əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlamaq olar.

Son xəbərlər

Bütün Xəbər Lenti