Azərbaycanda İƏT ölkələrinin 11 minə yaxın şirkəti fəaliyyət göstərir

Biznes
  • 07 oktyabr, 2025
  • 10:57
Azərbaycanda İƏT ölkələrinin 11 minə yaxın şirkəti fəaliyyət göstərir
Elnur Əliyev

Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin 11 minə yaxın şirkəti fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda bildirib.

O qeyd edib ki, bu rəqəm iqtisadi əlaqələrin dərinliyini göstərir: "Bu ilin yanvar-avqust aylarında Azərbaycanla İƏT arasında ticarət dövriyyəsinin dəyəri 6 milyard ABŞ dollarına yaxın olub. Azərbaycan, regionda İƏT-in fəal üzvlərindən biridir və üzv dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına böyük önəm verir. Ölkəmiz multikulturalizm və mədəniyyətlərarası dialoq ənənələrinin gücləndirilməsinə, eləcə də islam dəyərlərinin dünyada təbliğinə mühüm töhfələr verib".

Son xəbərlər

Bütün Xəbər Lenti