Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 2 %-dən çox azalıb
- 12 sentyabr, 2025
- 18:16

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 233 943 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışla təmin edib.
"Report" Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır.
Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 43 352-si (18,5 %) ilkin, 190 581-i (81,5 %) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 10,7 % çox və 4,8 % azdır.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 44 199, mənzil 59 983, torpaq sahəsi 121 141, qeyri-yaşayış binası 1 993, qeyri-yaşayış sahəsi 6 067, əmlak kompleksi 461, çoxmərtəbəli yaşayış binası 90 və çoxillik əkmələr üzərində 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 66 249-u Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Son 1 ildə tərtb olunmuş texniki pasportların sayı 6,7 % azalaraq 165 899, qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 17,1 % azalaraq 38 889 olub.