Azərbaycanda daha 70 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Biznes
  • 13 oktyabr, 2025
  • 12:54
Azərbaycanda daha 70 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Noyabrın 25-də İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 331 min 475 manat olan 70 nəqliyyat vasitəsi çıxarılacaq.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

Son xəbərlər

Bütün Xəbər Lenti