Azərbaycanda 65-ə yaxın Estoniya şirkəti fəaliyyət göstərir

Biznes
  • 23 oktyabr, 2025
  • 11:26
Azərbaycanda 65-ə yaxın Estoniya şirkəti fəaliyyət göstərir

Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət sahələri üzrə 65-dək Estoniya şirkəti qeydiyyatdadır.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, bu barədə nazir Mikayıl Cabbarovun Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşündə məlumat verilib.

Azərbaycan rəsmisi qarşılıqlı rəsmi səfərlər, keçirilən görüşlər və işgüzar dairələrin iştirakı ilə reallaşdırılan tədbirlərin tərəfdaşlığın möhkəmləndirilməsində rolunu vurğulayıb. O, qeyd edib ki, Estoniya ilə iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Bu ilin yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb. İnvestisiya üzrə işbirliyi də bu ölkə ilə iqtisadi münasibətlərdə önəmli istiqamətlərdəndir.

Görüşdə ikitərəfli əməkdaşlıqda enerji, o cümlədən alternativ enerji, nəqliyyat, İKT, əczaçılıq və digər istiqamətlərdə birgə fəaliyyətin gücləndirilməsi imkanları qeyd olunub. Tərəflər biznes, ticarət və investisiya əlaqələrinin inkişafı, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrə Estoniya şirkətlərinin iştirak etməsi, özəl sektorda rəqəmsal həllərin tətbiqi sahəsində təcrübə və bilik mübadiləsi imkanlarını dəyərləndiriblər.

Son xəbərlər

Bütün Xəbər Lenti