Azərbaycanda 11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

Biznes
  • 08 dekabr, 2025
  • 14:05
Azərbaycanda 11 ayda 471 minə yaxın ASAN İmza sertifikatı verilib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 470 798 "ASAN İmza" elektron imza sertifikatı verilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % azdır.

Hesabat dövründə "ASAN İmza"lar 306 901 müraciət üzrə təqdim olunub. Bu isə 1 il əvvələ nisbətən 12,55 % azdır.

"ASAN İmza" elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Sertifikatlar 3 il etibarlıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti