Azərbaycan və Qətər biznesi tərəfdaşlığı genişləndirir
- 06 sentyabr, 2025
- 15:45

Azərbaycan və Qətərin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi məsələləri müzakirə edilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir Qətərə səfəri çərçivəsində bu ölkənin İnvestisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Əl-Suveydi ilə görüşüb. Görüş zamanı Qətərlə birgə investisiya fəaliyyətinin gücləndirilməsi üçün böyük imkanlar olduğunu qeyd edilib.
"Qarşılıqlı sərmayə qoyuluşu, potensial birgə layihələr, hər iki ölkənin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi kimi məsələləri müzakirə etdik", deyə M.Cabbarov bildirib.
Qətərə səfərimiz çərçivəsində #Qətər İnvestisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Əl-Suveydi ilə görüşdük. Görüş zamanı Qətərlə birgə #investisiya fəaliyyətinin gücləndirilməsi üçün böyük imkanlar olduğunu qeyd etdik. Qarşılıqlı sərmayə qoyuluşu, potensial birgə… pic.twitter.com/x4QIPSQMS0
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 6, 2025